12 C
Baku
Wednesday, December 11, 2024

Biznesin uğurluluğunu franşiza ilə qiymətləndirmə üsulu

Franşiza  – məşhur ticarət brendinin qazanılmış bacarıq və populyarlığı əsasında yaradılan biznesdir. Hazır biznes-layihələrdən istifadəçi qismində çıxış edənlər isə hüquqi simalar – françayzlar, layihənin satıcısı – françzayzerlərdir.

 Hazır ticarət brendi ilə biznes idarə etməyin (franşizalar) əsas üstün cəhətləri sırasında dərhal olaraq gəlir əldə etmək, reklama vəsait yatırmağa məcbur olmamaq, şəbəkənin sürətlə genişlənməsi və s. vardır.

Franşiza satıcısı öz müştərilərinə biznesin ilkin inkişaf mərhələsində sabit gəlir əldə edilməsini zəmanət verir. Məhz bu səbəb sayəsində rahatlıqla düşünə bilərik ki, adi yeni başlayan biznesmenlər ilə müqayisədə franşiza istifadəçilərinin həyatı daha rahat şəkildədir. Bu zaman franayzdan tələb olunan yeganə şey françayzerin şərtlərinin yerinə yetirməkdir: lazımi ticarət və yaxud istehsalat platformasının təmin edilməsi, franşiza almaq və digər yatırımları qarşılamaq  üçün pul vəsaitləri toplamaq.

Biznesin planın yaradılması, strategiyanın rentabelliyinin təhlilinin aparılması, rəqabət qabiliyyətinin qiymətləndirilməsi, bütün bunlar françayzerin çiyinləri üzərinə düşür. Lakin bu o deməkmidir ki, franşiza alıcısının hər hansı bir öhdəliyi yoxdur? Xeyr, bu heç də elə deyil. Ən böyük məsuliyyət franşizin seçilməsi ilə bağlıdır. Verilmiş qərar düşünülməmiş olarsa biznesmen öz kapitalını itirmək riski ilə üz-üzədir. Bu xoşagəlməz halın baş verməməsi üçün isə franşizin uğurluluğunu təyin etmək mütləqdir.

 Biznesin uğurluluğunu franşiza ilə qiymətləndirmə üsulu:

Alınan franşizanın uğurluluq və etibarlılıq səviyyəsini təyin etmək üçün şağıdakı cəhətləri təyin etmək mütləqdir:

  • Françayzer tərəfindən istifadə olunan biznesin inkişağı üçün üsul və layihələr. Ümumilikdə isə, şəxsi modeldən isstifadə olunur və yaxud franşizanı həyata keçirən şirkət kənar müəssisələrin xidmətlərindən istifadə edir;
  • Françayzerin nəzarətində işləyən müəssisələrin gəlirlilik göstəriciləri, fəaliyyət göstərən françayzlər, ləğv edilən françayzlərin həcmi necədir;
  • Françayzerin öz işgüzar partnyorları ilə işləmək iqtidarında olub-olmaması;
  • Françayzer şirkətin gələcək 5 il üçün (françayz ilə əməkdaşlıq müddəti) nəzərdə tutulmuş strategiyası;
  • Artıq mövcud olan françayzlərin fəaliyyəti ilə şəxsən yaxından tanış olmaq.

 

Son xəbərlər
Digər xəbərlər