“BlackBerry” ABŞ-a beynəlxalq cinayətkarlarla mübarizə sahəsində kömək göstərir.
Banker.az xəbər verir ki, bu, keçən həftə açıqlanan materiallardan məlum olmuşdur.
2017-ci il avqustun 18-də ABŞ-ın Qalapaqos adalarının şimal-qərbinə doğru uzanan ərazilərdə, ABŞ mühafizəçiləri motorlu qayıq vasitəsilə 720 kq-dan çox kokain nəql etməyə çalışan dörd nəfəri yaxalamışdı.
Qaçaqmalçıları izləyən federal agentlər qayığı vertolyotdan izləmək qərarına gəliblər.
Basqın altında olduqlarını başa düşmüş cinayətkarlar, qayıqdakı kokaini suya atmağa başladılar. Hər bir paketin içində xüsusi GPS mayak var idi, qaçaqmalçıların qaçmaq cəhdi uğursuzluqla nəticələnib.
Məlum olub ki, kontrabandistlər Ekvador əsillidirlər və onların nəql etmək istədikləri malın dəyəri ümumilikdə 25 milyon dollar təşkil edib. Cinayətkarlar çox hiyləgər plan qursalar da, çox böyük səhvə yol vermiş olublar – onlar əlaqə üçün “BlackBerry” smartfonlarından istifadə edirdilər. Narkobaronlar “BlackBerry” messencerində kokaini nəql edə biləcəklərini və polis tərəfindən tutulmamağın ən yaxşı yollarını müzakirə etdikləri vaxtda, Texas ştatındakı izləmə cihazı səssizcə bu məlumatları toplayırdı.
Əməliyyatda “BlackBerry”-nin rolu
Cinayətkarlar dəstəsi üçün “BlackBerry” smartfonu heç vaxt yaxşı seçim olmayıb. Proqram mesajları şifrləsə də, smartfon istehsalçısının bu mesajlara çıxışı var və bütün məlumatlar onun şəxsi serverindən keçirilir. Belə olan halda mühafizə orqanları qanuni olaraq şirkətdən bu məlumatların təhvil verilməsini tələb edə bilər.
Müqayisə üçün “WhatsApp” və “Signal” dakı şifrləmə smartfonun özündə həyata keçirilir və smartfonun sahibi buna özü nəzarət edir. Belə olan halda mesajları izləmək üçün hökumət ya həmin smartfonu ələ keçirməli, ya da telefonu “qırmalıdır” – əgər söhbət beynəlxalq cinayətkarlıqdan gedirsə, hər iki variant çətin başa gəlir.
Aydındır ki, hökumətin buna razılığı olmadan əməliyyat uğurla nəticələnə bilməzdi. Qeyd edildiyi kimi, Texasdakı serverlərdə izləmə cihazlarının yerləşdirilməsi üçün məhkəmə orderi əldə edilmişdir.
“BlackBerry” nin özü məsələyə şərh bildirməkdən imtina edib.
Qeyd edək ki, 2016-cı ildə Kanadanın mühafizə orqanları 2010-cu ildə baş vermiş qətlin istintaqı çərçivəsində milyondan çox messenceri izləmişdi. Xatırladaq ki, “BlackBerry” narkotik qaçaqmalçılarına qarşı mübarizə sahəsində hökumətlə əməkdaşlıq edən tək şirkət deyil: order həmçinin “Google” hesablarını da nəzərdə tutub. Müstəntiqlərin fikrincə, hesab sonrakı tədarükləri əlaqələndirmək üçün istifadə edilmişdir.