8 C
Baku
Wednesday, October 30, 2024

“BlackBerry” smartfonlarının satışları dayandırılır

“Blackberry” brendinə sahib olan “TCL Communication” bu smartfonların istehsalını dayandırmaq qərarına gəlib.

Şirkət cari il avqustun 31-dən smartfonların satışının dayandırdığını açıqlayıb. Bu tarixdən əvvəl satılan qadjetlərə istehsalçı iki il – 31 avqust 2022-ci ilədək proqram dəstəyini verəcəyini vəd edir. Zəmanət xidmətidə eyni müddət davam etdiriləcək.

Məlumatda bildirilib ki, “TCL Communication” artıq yeni “BlackBerry” mobil cihazlarını hazırlamaq, istehsal etmək və ya satmaq hüququna malik deyil.

Şirkət nümayəndələri brendin istifadəçiləri və tərəfdaşlarına təşəkkürlərini bildiriblər.

Son illərdə “QWERTY” klaviaturası ilə təchiz olunmuş “BlackBerry” smartfonlarının satışları ucuz qiymətə satışa çıxarılan digər istehsalçıların sensor cihazların meydana gəlməsi ilə əlaqədar aşağı düşüb.

Xatırladaq ki, “BlackBerry” brendi 2016-cı ildən bu cihazların istehsalı və satılması hüququna malik olan “TCL Communications” şirkətinə məxsus idi.

©Trend

Son xəbərlər
Digər xəbərlər