25 C
Baku
Monday, April 29, 2024

Blinken: Qırmızı dəniz böhranı ərzaq qiymətlərinin artmasına səbəb olacaq

Qırmızı dənizdə mövcud böhran dünya bazarlarında ərzaq və yanacağın qiymətlərinin artmasına səbəb olacaq.

Bu barədə ABŞ dövlət katibi Antoni Blinken bildirib.

“Əlbəttə ki, bu, dünyada gəmiçiliyə dramatik təsir göstərib. Bu, bir çox insanlar üçün ərzaq və enerji qiymətlərinin bahalaşmasına səbəb olacaq”, – diplomat bildirib.

Qeyd edək ki, dünyanın bir neçə gəmiçilik nəhəngi Yəmənin husi üsyançılarının hücumlarının artması səbəbindən gəmilərinin Qırmızı dənizlə hərəkət etməyəcəyini açıqlayıb.

Hind okeanını Aralıq dənizi və beləliklə də Avropanı Asiya ilə birləşdirən Qırmızı dəniz dünyanın su yolları şəbəkəsinin mühüm həlqəsidir. Süveyş kanalından hər il təxminən 20 min gəmi keçir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər