18 C
Baku
Saturday, April 27, 2024

Blinken və Kuleba Ukraynanın ehtiyaclarını müzakirə ediblər

ABŞ dövlət katibi Entoni Blinken və Ukrayna xarici işlər naziri Dmitri Kuleba arasında telefon danışığı olub.

Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

“Dövlət katibi və XİN başçısı Ukraynanın enerji təhlükəsizliyi və hava hücumundan müdafiəsi daxil olmaqla, onun ehtiyaclarını müzakirə ediblər. Onlar həmçinin Polşada iki nəfərin həyatına son qoyan partlayışla bağlı davam edən qiymətləndirmələri müzakirə ediblər və qarşıdakı günlərdə də koordinasiyalı şəkildə işləməkələ bağlı razılığa gəliblər. Blinken bir daha bəyan edib ki, Birləşmiş Ştatlar Ukraynanı özünü müdafiə etmək üçün lazım olan hər şeylə təmin etmək üçün müttəfiqlər və tərəfdaşlarla yaxından işləməyə davam edəcək”, – məlumatda deyilir.

Blinken isə “Twitter” hesabında telefon danışığı barədə paylaşım edərək, “Nə qədər lazımdırsa Ukraynanın yanında olmağa sadiqik”, – deyə qeyd edib.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər