6 C
Baku
Monday, December 16, 2024

Blinken yeni çinli həmkarı ilə danışıqlar aparıb

ABŞ dövlət katibi Entoni Blinken ilə Çinin yeni xarici işlər naziri Tsin Qan arasında telefon danışığı olub.

Bu barədə Blinken özünün tviter hesabında məlumat yayıb.

“Bu səhər mən yeni vəzifəsində işləmək üçün Vaşinqtonu tərk edən Çin Xalq Respublikasının yeni xarici işlər naziri Tsin Qanla telefonla danışdım ”, – amerikalı diplomat qeyd edib.

Söhbət zamanı Çinin xarici işlər naziri və Blinken iki ölkə arasındakı əlaqələri, eləcə də kommunikasiya kanallarının açıq saxlanmasını müzakirə ediblər.

Bundan əvvəl Tsin Qan Çinin ABŞ-dakı səfiri vəzifəsində çalışıb.

Son xəbərlər
Digər xəbərlər