ABŞ dövlət katibi Entoni Blinken İsrailə qayıdıb.
ABŞ dövlət katibi 6 ərəb ölkəsinə səfər etdikdən sonra bu gün yenidən İsrailə səfər edib.
Onun İsrail dövlət və hökumət başçıları ilə görüşlər keçirəcəyi gözlənilir.
Xatırladaq ki, Blinken oktyabrın 11-dən bəri Yaxın Şərq regionunda səfərdədir. Dövlət katibi HAMAS-ın hücumundan sonra İsrail ilə həmrəylik nümayiş etdirmək və vəziyyəti müzakirə etmək üçün İsrailə səfər edib və daha sonra digər ərəb ölkələrinə gedib.
ABŞ regionda münaqişənin qarşısını almaq üçün diplomatik səylər gücləndirib.