6 C
Baku
Saturday, December 14, 2024

“Blinkenin Lavrovla danışığı gözlənilmir” – Dövlət Departamenti

ABŞ dövlət katibi Entoni Blinkenin Rusiya xarici işlər naziri Sergey Lavrovla əlaqə saxlamaq fikri yoxdur.

Bu barədə brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel bildirib.

“Xarici işlər naziri Sergey Lavrovla görüşmək və ya başqa formada əlaqə saxlamaq planımız yoxdur. Dövlət katibi bir ay əvvəl onunla telefonla danışmaq imkanı əldə edib. O, qeyri-qanuni həbsdə olan ABŞ vətəndaşı, “The Wall Street Journal”ın müxbiri Evanın azad edilməsinin zəruriliyini açıq şəkildə bəyan edib”, – deyə o bildirib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər