Yigal Arnon & Co hüquq şirkətinin xüsusi hüquqşünasları Roy Keydar və Netanella Treystman Blockchain texnologiyasının kriptovalyutaların üzləşdiyi çirkli pulların yuyulması problemini necə həll edə biləcəyini araşdırıb.
Bəziləri sözügedən bu problemə yüksək status verir. Məsələn, İsrail məhkəməsinin verdiyi qərara görə, İsrail bankları əsas biznesi kriptovalyuta, xüsusən də Bitcoin və Ethereumla ticarətdən ibarət olan şirkətlərə maliyyə xidmətləri göstərməyə məcbur deyillər.
Məhkəmə belə hesab edir ki, banklar kriptovalyuta biznesi ilə məşğul olan şirkətlərə maliyyə dəstəyi göstərmək riskini öz üzərlərinə götürməməlidir.
Bütün dünya üzrə maliyyə tənzimləyiciləri və İsrail hökuməti tərəfindən qeyd edilən əsas risklərdən biri kriptovalyutanın anonimliyidir. Bununla belə, Blockchain texnologiyasında quraşdırılmış funksiyalar artıq mövcud olan mexanizmləri üstələyərək çirkli pulların yuyulması ilə mübarizə üsullarını yaxşılaşdıra bilər.
Kriptovalyutalar və çirkli pulların yuyulması problemi arasında gərginlik bir neçə amilə görə artmaqdadır. Məsələn, Bitcoinin xakerlər və cinayətkarlar arasında cəlbedici alət olması kimi mənfi nüfuz. Bunun əvəzində, onlar üçün valyutanı cəlbedici edən Bitcoinin strukturudur.
AML sistemi ilk olaraq maliyyə xidmətlərinin mərkəzləşdirilmiş sistemlərinin mövcud problemlərini həll etmək üçün nəzərdə tutulmuşdu. Sistem standart olaraq daxili anonimliyə sahib maliyyə sistemlərində məlumatları oxuya bilməyəcək.
AML böyük ehtimal idarəermə bacarığına və “Öz müştərini tanı” (KYC) prosesindən istifadəyə etibar edir. Sözügedən bu proses isə hər bir maliyyə institutunun qanunla nəzərə almalı olduğu məlumatı identifikasiya edir.
Hazırda istifadə olunan AML monitorinqi mezanizmi hər tranzaksiyanı daha əvvəldən identifikasiya olunmuş hüquqi şəxs ilə əlaqələndirir. Fiat valyutalarda izlənən məlumatlara daxildir: maliyyə sisteminə giriş məntəqəsi, daha doğrusu açıq bank hesabları; sistemdə istənilən tranzaksiya, məsələn, bir bank hesabından digərinə pul köçürmək və yaxud sürətli platformalardan istifadə.
Daha sonra sistemlər maliyyə fəaliyyətinə nəzarət edir, tranzaksiyalarla bağlı riskləri qiymətləndirir və istənilən uyğun bildiriş və hesabatları izləyir.
Kriptovalyuta rəqəmsal pulqabıların köməkliyi ilə həm tranzaksiyanın əvvəlində, həm də sonunda istifadəçilərinin şəxsiyyətini nəzərə alır. Tokenlər həmçinin bank hesabları əvəzinə rəqəmsal pulqabılarda saxlanılır. Yalnız sahib şəxs öz pulqabısına girişə malikdir.
Sahib şəxs öz pulqabısının identifikasiya şifrəsini təqdim edərək bir pulqabıdan digərinə token göndərə və qəbul edə bilər. Şifrənin özü ad və digər identifikasiya növlərindən istifadə etməməyə imkan verən əsas açar rolunu oynayır. Beləliklə, tranzaksiyanın özü anonim xarakter daşıyır.
Lakin bu gün əksər ölkələr yeni rəqəmsal pulqabı açmaq üçün KYC prosesindən metləq keçməlidir. Nəticə etibarı ilə, anonimlik elektron pul kisəsi sahibi müəyyən təhlükəyə məruz qalır. Bununla yanaşı, bəzi yerlərdə pulqabılar müvafiq identifikasiya prosesi olmadan da açıla bilər ki, bu da “çirkli pulların” sistemə sızmasına imkan verə bilər. Bütün bunlar maliyyə tranzaksiyasının konkret hüquqi şəxs ilə əlaqələndirməyi qəlizləşdirir və hələ də həll olunmağa ehtiyac duyan problemi çətinləşdirir.
Blockchain – hər bir tranzaksiyanın nəzarət altında olduğu, yoxlanıldığı və tam tarixçə olaraq qeydiyyatdan keçirildiyi onlayn jurnaldır.
İstifadəçi və maynerlər bir istifadəçidən digərinə göndərilən hər qəpik barədə dərhal məlumatlandırılır. Bundan əlavə, kriptovalyutaları dövlət maliyyəsindən fərqli olaraq saxtalaşdırmaq kifayət qədər çətindir. Çünki hər bir tranzaksiya maynerlər tərəfindən əvvəldən sona qədər yoxlanıldığı özünəməxsus unikal xüsusiyyətlərə malikdir.
Blockchain protokolundan KYC prosesi ilə yoxlanılmamış pulqabıların köməkliyi ilə tranzaksiyaların məhdudlaşdırılması üçün nəzərdən keçirilə bilər. Bütün tranzaksiyaları identifikasiya olunmuş pulqabıya qədər izləmək olar. Kriptovalyutalar günbəgün ictimaiyyətin marağını daha da cəlb etdiyindən və daha çox insan oyuna qoşulduğundan, çirkli pulların yuyulması probleminin həlli mütləq hal alır. Blockchain texnologiyası bu problemin həll edilməsi və öhdəsindən gəlinməsi üçün platformanı təklif edə bilər.