10 C
Baku
Friday, December 13, 2024

Bloomberg: ABŞ iqtisadiyyatının tənəzzülə uğraması ehtimalı 50%-i keçdi

“Bloomberg Economics” in mütəxəssisləri ABŞ iqtisadiyyatının tənəzzülə uğraması ehtimalı ilə bağlı proqnozu yenidən nəzərdən keçirdilər. Analitiklər hesab edirlər ki, maliyyə bazarlarında şoka səbəb olan koronavirus epidemiyası yaxın aylarda ABŞ iqtisadiyyatına daha çox zərər vura bilər ki, bu da iqtisadi artım tempinə təsir göstərəcək.

Banker.az bu barədə “Vesti.ru”ya istinadən xəbər verir.

Hal-hazırda, ABŞ iqtisadiyyatının tənəzzülə uğraması ehtimalı 53% təşkil edir. Bu, ABŞ-ın 2009-cu ilki vəziyyətdən çıxmasından sonra ən yüksək göstəricidir. Qeyd edək ki, fevral ayında mütəxəssislər tənəzzül təhlükəsinin 24% təşkil etdiyini bildirmişdirlər.

Bazara mənfi təsir göstərən amillərə koronavirus, Rusiya və Səudiyyə Ərəbistanı arasındakı mübahisələr, FED-in faiz dərəcəsini azaltması, habelə bir çox konfrans və tədbirlərin ləğv edilməsi daxildir.

Son xəbərlər
Digər xəbərlər