ABŞ Ukraynanın istədiyi artilleriya mərmilərini istehsal etmək gücünə malik deyil.
Bu barədə “Bloomberg” məlumat yayıb.
Ukraynada müharibə başlamazdan əvvəl ABŞ ayda 14 400 mərmi istehsal edirdisə, indi Vaşinqton 2024-cü ilin sonuna qədər ayda 100 000 mərmi səviyyəsinə çatmağa çalışır.
Agentlik qeyd edib ki, son aylarda ABŞ-nin 155 mm-lik mərmi ehtiyatı Ukrayna və İsrailə tədarüklər səbəbindən tükənib.