6 C
Baku
Monday, December 16, 2024

Bloomberg: Ağ Ev Pelosinin Tayvana səfərinə gizlin hazırlaşıb

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Tayvana səfər etməzdən əvvəl prezident administrasiyası qapalı danışıqlar və məsləhətləşmələr aparıb.

Bu barədə “Bloomberg“ mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Ağ Ev spikerə prezident administrasiyasının bir sıra üzvlərini, o cümlədən Milli Təhlükəsizlik Şurasının və Dövlət Departamentinin nümayəndələrini əvvəlcədən təqdim edib.
Pelosiyə səfəri ləğv edəcəyi ümidi ilə Asiya turunun geosiyasi riskləri barədə xəbərdarlıq ediblər.

Bu baş vermədikdə, Ağ Ev Pekinlə qeyri-rəsmi əlaqə kanalları vasitəsilə mümkün təhlükələrin qarşısını almaq üçün işə başlayıb.

Belə ki, Pelosinin səfərinin nəticələrini yumşaltmaq üçün Vaşinqtondakı Çin səfirliyində ABŞ və Çin nümayəndələri arasında danışıqlar təşkil edilib.

Eyni zamanda, prezident Co Bayden administrasiyasının Pekinin mümkün cavab hərəkətlərinə cavab vermək planı olmayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər