23 C
Baku
Friday, April 19, 2024

“Bloomberg”: Aİ-də tənəzzül ehtimalı 80% təşkil edir

“Bloomberg” sorğuda iştirak edən iqtisadçılara istinadən yazır ki, Avrozonada tənəzzül riski 2020-ci ilin iyul ayından bəri ən yüksək səviyyəyə yüksəlib. Onların fikrincə, yaxın 12 ayda regionda azalma ehtimalı 80% təşkil edir.

Banker.az bu barədə “Forbes”a istinadən xəbər verir.

Xatırladaq ki, ötən sorğuda analitiklər iqtisadi tənəzzül ehtimalını cəmi 60% qiymətləndirmişdi. İqtisadçıların proqnozlarına görə, Aİ-nin ən böyük iqtisadiyyatı olan Almaniya bu rübdə kiçilməyə başlaya bilər.

2022-ci ilin son üç ayında Avrozonada inflyasiyanın rekord 9.6%-ə çatması gözənilir ki, bu da Avropa Mərkəzi Bankının (ECB) hədəfindən təxminən beş dəfə çoxdur.

“Bloomberg” qeyd edir ki, Avropada iqtisadi artım rekord inflyasiya və tədarük zəncirlərində davam edən problemlər ilə məhdudlaşdırılır. Agentlik yazır ki, eyni zamanda, qışda Rusiyadan qaz nəqlində fasilələr səbəbindən enerji resurslarının istehlakının rasionlaşdırılması zərurəti ilə vəziyyət daha da ağırlaşacaq.

Son xəbərlər
Digər xəbərlər