6 C
Baku
Sunday, December 15, 2024

“Bloomberg”: Almaniya Avropada liderliyini itirə bilər

Almaniya Avropada uzun illər saxladığı lider mövqeyini itirə bilər. Bu fikri “Bloomberg”in jurnalisti Mariya Tadeo səsləndirib. Onun sözlərinə görə, enerji böhranı və Almaniyanın Rusiya karbohidrogenlərindən asılılığı Avropa İttifaqında liderliyi itirməsinə gətirib çıxarır və bu şəraitdə cənub ölkələri, o cümlədən İspaniya Avropada liderliyi ələ keçirə bilər.

Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.

“Berlin şokla mübarizə apararkən, Avropanın cənubu özünəgüvəni artırır”, – deyə Mariya Tadeo yazır.

“Güclər balansında dəyişiklik, əgər bu, daha yaxşı qərar qəbul etmə prosesinə gətirib çıxararsa, Brüssel tərəfindən alqışlanmalıdır”, – jurnalist yekunlaşdırır.

Daha əvvəl “Bloomberg”, adının açıqlanmasını istəməyən yüksək rütbəli alman məmuruna istinadən xəbər vermişdi ki, Aİ birliyi bu qış kəskin qaz çatışmazlığı səbəbindən əhəmiyyətli dərəcədə zəifləyə bilər.

Belə ki, “bir sıra texniki çətinliklərlə, xüsusən də mayeləşdirilmiş təbii qaz üçün infrastrukturun olmaması ilə üzləşən Almaniya qaz almaq üçün 15 milyard avro vəsait ayırıb”.  Agentlik qeyd edir ki, Berlinin hərəkətləri Aİ tərəfdaşlarını qıcıqlandırıb, çünki onlar yanacağın qiymətlərinin artmasına töhfə veriblər.

Son xəbərlər
Digər xəbərlər