11 C
Baku
Tuesday, December 24, 2024

“Bloomberg”: Avropa yeni qaz böhranı ilə üz-üzədir

Anbarlardakı ehtiyatların sürətlə azalması və Rusiyadan tədarükün potensial azalması fonunda Avropa yeni qaz böhranı ilə üz-üzədir. “Bloomberg” yazır ki, geosiyasi gərginliklər fonunda bu il qiymətlər 45% artıb.

Onun sözlərinə görə, Avropada soyuq havaların başlaması ilə əlaqədar istilik üçün qaza tələbat kəskin artıb. Vəziyyəti külək elektrik stansiyalarının ərazisində küləyin zəif olması ilə əlaqədar bu enerji mənbəyindən tam istifadə etməyə imkan verməməsi ağırlaşdırır.

Agentlik yaxın gələcəkdə qazın qiymətinin daha da artmasına səbəb ola biləcək əsas amillərdən biri kimi Rusiyadan nəqlin dayandırılması riskini göstərir. Bu, ödənişlər üçün istifadə edilən “Qazprombank”a qarşı ABŞ-nin yeni sanksiyaları səbəbindən baş verə bilər. Boru kəməri qazının tədarükü ABŞ sanksiyalarından əvvəl də risk altında idi, çünki onun Ukrayna ərazisindən tranziti ilə bağlı müqavilə ilin sonunda başa çatır.

Digər risk faktorlarına ABŞ-dən mayeləşdirilmiş təbii qazın tədarükünün gecikməsi, həmçinin qış aylarında soyuq havalar daxildir. Bundan əlavə, 2025-ci ilin yayında qazın qiymətinin 2025-2026-cı ilin qışına nisbətən daha yüksək olacağı gözlənilir. Bu o deməkdir ki, gələn il qaz anbarlarının doldurulması əvvəlkindən daha çətin ola bilər.

Ən çox zərər çəkən ölkə 2022-ci ildə olduğu kimi, hazırda iqtisadiyyatı durğunluq yaşayan Almaniya ola bilər. Xüsusilə Almaniyada avtomobil, maşınqayırma, kimya sənayesi ciddi problemlər yaşayır.

Son xəbərlər
Digər xəbərlər