16 C
Baku
Saturday, November 2, 2024

“Bloomberg”: “Avropada qazla bağlı risklər hələ qabaqdadır”

“Avropa əhalisi evlərində temperaturu yüksəltməyə vaxt tapmamış qaz anbarları demək olar ki, doludur. Bununla belə, risklər hələ qabaqdadır: çox şey havadan asılıdır, çünki soyuqlar tez bir zamanda Avropanı ehtiyatlardan istifadə etməyə məcbur edəcək”.

Bu barədə “Bloomberg” məlumat yayıb.

Qeyd olunub ki, hökumətlər həmçinin enerji obyektlərinin bazarını poza biləcək yeni təxribat təhlükəsindən də narahatdırlar. Lakin oktyabrın sonunda vəziyyət siyasətçilərin gözlədiyindən də yaxşıdır.

“İsti hava indiyədək tələbatın cilovlanmasına kömək edib, lakin Avropa siyasətçiləri temperaturun soyuması ilə aşağı qaz istehlakının artıracağından narahatdırlar. Avropada qaz bolluğunun ən azı dekabr ayına qədər davam edəcəyi gözlənilir.

Noyabrda Avropanın uzunmüddətli soyuması gözlənilmir. Bundan əlavə, hesablamalara görə, 2022-ci ildə qaza tələbatın azalması, əsasən, iri sənaye istehlakçılarının fəaliyyətinin dayandırılması hesabına təxminən 7-9% səviyyəsində qiymətləndirilir. Lakin bu, Aİ-nin 15%-lik hədəfindən geri qalır”, – məqalədə deyilir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər