8 C
Baku
Wednesday, November 6, 2024

“Bloomberg”: Azərbaycanlı milyarderin sərvəti beş ayda $2 mlrd. artıb

 

2019-cu ilin ilk beş ayı ərzində ən varlı rusiyalıların məcmu varidatı 22,729 milyard dollar artıb.

RİA “Novosti”yə istinadən, yeni “Bloomberg Billionaires Index” (BBI) reytinqi açıqlanıb.

İndeks milyarderlərin pay sahibi olduqları şirkətlərin səhmlərinin dəyəri əsasında hesablanır. Bəzi şirkətlər üzrə hesablama şirkətin kapitallaşmasının EBITDA-ya nisbəti, yaxud da səhmin qiymətinin həmin səhm üzrə gəlirə nisbətinə uyğun aparılır. Ümumilikdə BBI reytinqinə dünyanın ən varlı 500 adamı daxil edilib ki, bunlardan da 22 nəfəri rusiyalıdır.

BBI siyahısında rusiyalı milyarderlər arasında ilk yer “Novatek”in şəriki Leonid Mixelsona aiddir ki, onun varidatı ilin əvvəlindən 3,2 milyard dollar artaraq, cəmi 22,7 milyard dollara çatıb. İkinci və üçüncü yerləri NLMK-nın əsas benefisiarı Vladimir Lisin və “Nornikel”in əsas sahiblərindən biri Vladimir Potanin tuturlar. Birincinin varidatı 3,44 milyard dollar artaraq 21,3 milyard dollara. Ikincininki isə 1.4 milyard dollar artaraq 21 milyarda çatıb.

“Severstal”ın əsas sahibi Aleksey Mordaşov dördüncü yerdədir (1,37 və 18,8 milyard dollar), “Lukoil”un sahibi Vahid Ələkbərov isə son beş ayda daha 1,88 milyard dollar varlanaraq ümumi varidatını 17,9 milyard dollara çatdırıb və siyahıda beşincidir.

Reytinqdə sonrakı yerləri “Novatek”də və “Sibur”da pay sahibi olan Gennadi Timçenko, “Metalloinvest” və “Meqafon” səhmdarı Alişer Usmanov, “Evraz”ın sahibi Roman Abramoviç, “Renova”da əsas pay sahibi Viktor Vekselberq tuturlar. İlk “onluğu” “Yevroxim” və SUEK-in benefisiarı Andrey Melniçenko qapayır.

Son xəbərlər
Digər xəbərlər