10 C
Baku
Wednesday, December 17, 2025

Bloomberg: Bitcoin getdikcə ənənəvi maliyyə sisteminə inteqrasiya olunur

 “Jefferies”, “Goldman Sachs”, “Morgan Stanley” “JPMorgan” banları “iShares Bitcoin Trust” ETF-inə ($IBIT) bağlı strukturlu istiqrazlar buraxmağa başlayıb və onların ümumi həcmi 530 mln. dollardan çoxdur.

Banker.az xəbər verir ki, bu barədə Bloomberg yazır.

Bu məhsullar investorlara Bitcoin-in qiyməti artanda gəlir əldə etməyə və düşəndə zərərləri azaltmağa imkan verir. Məsələn, “Jefferies”in istiqrazı IBIT-in artımını 90%-ə qədər ikiqat artırır və ilk 20% düşüşü məhdudlaşdırır. Ethereum (ETH) də bazara “iShares Ethereum Trust” ($ETHA) istiqrazları vasitəsilə daxil olub.

Strukturlu istiqrazlar 200 mlrd. dollarlıq bazarın kiçik hissəsini təşkil edir və əsasən varlı müştərilər və ailə ofislərinə yönəlib. Kriptovalyutaların volatilliyinə baxmayaraq, Uoll-strit onları sabit gəlirli məhsullara çevirməyə davam edir və yeni investisiya imkanlarından qazanc əldə edir.

Son xəbərlər
Digər xəbərlər