10 C
Baku
Friday, December 13, 2024

“Bloomberg”: Çin iqtisadiyyatında tənəzzül başlayıb

Çin iqtisadiyyatı resessiyaya qədəm qoyub.

“Bloomberg” xəbər verir ki, “China Beige Book İnternational” tərəfindən hazırlanan hesabata görə, ölkənin ÜDM-i ikinci rübdə 6,8 faiz azalıb ki, bu da resessiya əlaməti sayılır.

Çin iqtisadiyyatının artımı yolunda başlıca maneə dünya bazarında tələbatın kəskin azalmasıdır.

Həmçinin birinci rübə nisbətən sənaye şirkətlərinin mənfəəti, kapital məsrəfləri, pərakəndə satışlar kimi mühüm göstəricilərin cüzi artım göstərdikləri bildirilir.

Qeyd edək ki, yeni koronavirus pandemiyası ilə bağlı Çin hökuməti bu il ÜDM-in artım hədəfini qoymayıb.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər