9 C
Baku
Friday, December 13, 2024

Bloomberg: Dollar ilə inanılmaz dəyişiklik baş verib

Banker.az xəbər verir ki, Bloomberg agentliyinin analitikləri dolların məzənnəsi ilə baş vermiş gözlənilməz dəyişiklik qeydə alıb. Neftdollarlarının neft qiymətlərinin dəyişməsindən asılılığını itirdiyi bir zamanda, dollar ilə məhsul arasında olmaması gərəkən qarşılıqlı əlaqə yaranıb.

Belə ki, 25 oktyabrdan bu yana neft qiymətlərinin 9 faizdən çox artımı, dolların dünyanın aparıcı valyutalarına nəzərən 1,4 faizlik artımı ilə üst-üstə düşdü ki, bu da cütlüyün 90 günlük korrelyasiyasını iki ilin maksimumuna qədər yüksəltdi.

Agentlik qeyd edir ki, adətən əks asılılıq müşahidə edilirdi, yəni dollar möhkəmləndikdə neft düşürdü. Lakin hazırda bu qanunauyğunluq əks vəziyyətdə dəyişib.
BNY Mellon Corp.-nın baş valyuta strategi Neyl Mellor bildirib ki, “bu neft və dolların eyni bir istiqamətdə hərəkət etdiyi nadir haldır”.

Analitikin sözlərinə görə, bu qismən Yaxın Şərqdə gərginliyin artması – İran və Səudiyyə ərəbistanı arasında münaqişənin kəskinləşməsi və Ər-Riyadda yaşanan siyasi sarsıntı – ilə bağlıdır. Bu halda neft təklifi tərəfindən risklər artmaqdadır.

Son xəbərlər
Digər xəbərlər