9 C
Baku
Thursday, December 12, 2024

“Bloomberg”: Dolların tiranlığı sona çatır

“Qlobal maliyyə bazarlarında ABŞ dollarının hökmranlığı sarsılıb, dünya liderləri onu dominant kimi qəbul etməkdən imtina etməyə başlayıblar. Dolların tiranlığı sona çatır”.

Banker.az bildirir* ki, bunu “Bloomberg” agentliyi yazıb.

Yazıda qeyd olunur ki, artıq bir sıra ölkələr, o cümlədən Rusiya Amerika valyutasında aktivlərini azaldır, Çin enerji bazarında müqavilələri yuanla bağlamağa başlayıb, Fransanın maliyyə naziri Bruno Le Mer isə bəyan edib ki, ABŞ-ın maliyyə alətlərindən “tam azad” olmaq istəyir, Avropa İttifaqını okeanın o tayındakı super gücün vassalı kimi görmək istəmir.

Bununla belə, agentlik yazıb ki, dollar hələ ki, liderliyini qoruya bilir, ona tələbat var və əsas məsələ də elə bu tələbatın qorunub-saxlanılmasıdır. Bunun üçün diplomatik əlaqələrdən yararlanmalı, ABŞ-ın ticarət tərəfdaşları üçün dolların əlçatanlığı saxlanılmalı və Amerika valyutasından digər ölkələrə zərbə vurmaq üçün istifadə edilməməlidir.

© Report

Son xəbərlər
Digər xəbərlər