Banker.az Bloomberg agentliyinə istinadən xəbər verir ki, beynəlxalq investisiya bankları Rusiyanı 2017-ci ildə əcnəbi portfel investorları üçün ən yaxşı ölkə adlandırıblar.
İnvestorlar hesab edirlər ki, Rusiya inkişaf etməkdə olan ölkələr sırasında Donald Trumpın hakimiyyətə gəlməsindən ən çox fayda görən ölkə olacaq. Həmçinin, rus aktivlərinin investorları cəlb etməsinin digər bir səbəbi rubldur. Belə ki, rus valyutası 2016-cı ilin nəticələrinə görə dünyanın ən gəlirli valyutası elan edilib. Danimarkanın Danske Bank bankı belə hesab edir ki, 2017-ci ilin sonuna doğru 1 dollar 53,20 rubl təşkil edəcək.
Rusiya fond bazarının kapitalizasiyası 2016-cı ildə 50,5%, yəni 584 milyard dollar artıb.