Avronun perspektivi yaxşılaşdıqca İsveçrə frankı öz üstünlüyünü itirir.
İsveçrə frankı kimi valyutalar ənənəvi olaraq bazardakı qarışıqlıqları aradan qaldırmaq üçün istifadə olunub.
Lakin aşağı enerji qiymətləri, FED-in uçot dərəcəsini artırmaqda yavaşlaması, həmçinin Çinin iqtisadiyyatı bərpa etmək cəhdi ilə avro ətrafında vəziyyətin yaxşılaşması fonunda İsveçrə frankına tələb “nəinki azalır, hətta yox olur”.
Bildirilib ki, “avro-frank” çarpaz məzənnəsi avronun nikbin dəyişməsinə kömək edib və bu, altı ayda ilk dəfə paritetdən çıxmağa imkan verib.
“Bu, inflyasiya və tənəzzül təhlükələri investorları dünyanın ən məşhur valyuta cənnətlərindən birinə üz tutmağa məcbur etdiyi üçün avronun problemləri fonunda frankın kəskin bahalaşdığı keçən illə ziddiyyət təşkil edir”, – məqalədə qeyd olunub.