OpenAI təhlükəsizliklə bağlı artan narahatlıqlar fonunda süni intellektin inkişafını yavaşlatmaq imkanını nəzərdən keçirir.
Banker.az bunu Bloomberg-ə istinadən xəbər verir.
Narahatlıqlar süni intellekt agentlərinin məhdudiyyətləri keçə bilməsi və xarici sistemlərlə müstəqil şəkildə qarşılıqlı əlaqə qura bilməsi ilə bağlı insidentlərdən sonra daha da artıb.
Daha əvvəl süni intellekt şirkətlərində çalışan 1 000-dən çox əməkdaş inkişafın yavaşladılması mexanizminin yaradılması üçün petisiyaya imza atıb. Bununla yanaşı, bir sıra təhlükəsizlik mütəxəssisləri aparıcı süni intellekt laboratoriyalarını tərk edib.
OpenAI-nin baş elmi işçisi şirkətləri fəaliyyətlərini əlaqələndirməyə və ümumi təhlükəsizlik meyarları müəyyənləşdirilənədək zərurət yarandıqda süni intellektin inkişafını könüllü şəkildə yavaşlatmağa çağırıb.
OpenAI-nin rəhbəri Sem Altman digər süni intellekt şirkətlərinin də belə təşəbbüsə qoşulacağına ümid edir.







