6 C
Baku
Sunday, December 15, 2024

“Bloomberg”: Orban Floridada Trampla görüşəcək

Macarıstanın Baş naziri Viktor Orban NATO sammitindən sonra iyulun 11-də Floridadakı Mar-a-Laqo iqamətgahında ABŞ-nin keçmiş prezidenti Donald Trampla görüşəcək, “Bloomberg” yazır.

Agentlik güman edir ki, görüş Orbanın Rusiya Prezidenti Vladimir Putinlə Tramp arasında vasitəçi rolunu oynaması ilə bağlı Qərbin qorxularını artıra bilər. Xatırladaq ki, bir həftədən az əvvəl Macarıstanın nümayəndəsi Moskvada Rusiya lideri ilə danışıqlar aparıb.

Eyni zamanda, “Bloomberg”in həmsöhbəti iddia edir ki, Tramp Orbandan Rusiya və Ukrayna arasında sülh sazişinin əsasını qoymağı tələb etməyib. Mənbənin sözlərinə görə, Tramp və Orban arasında görüş qeyri-rəsmi olacaq.

Orban artıq mart ayında Mar-a-Laqoda Trampla görüşüb. Amerikalı siyasətçinin seçki qərargahından verilən məlumata görə, Macarıstan və ABŞ-ni əhatə edən geniş spektrli məsələlərin, o cümlədən hər bir ölkənin suverenliyini qorumaq üçün möhkəm və təhlükəsiz sərhədlərin vacibliyini müzakirə etmək planlaşdırılıb. Danışıqlardan sonra Orban deyib ki, Tramp yenidən seçkilərdə qalib gəlməlidir.

Rusiyaya səfərindən sonra Orban “sülh missiyasını” Pekində davam etdirib, burada o, Çin sədri Si Cinpinlə danışıqlar aparıb, daha sonra iyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək NATO sammitinə gedib.

Son xəbərlər
Digər xəbərlər