9 C
Baku
Wednesday, April 16, 2025

“Bloomberg” rublu ilin ən gəlirli valyutası adlandırıb

Rusiya rublu 2025-ci ildə dollar qarşısında ən güclü artım nümayiş etdirərək dünyanın ən gəlirli valyutasına çevrilib, bu barədə “Bloomberg” yazır. Agentliyin məlumatına görə, birjadankənar bazarda rubl dollara nisbətdə 38% möhkəmlənib.

“Bir çox inkişaf etməkdə olan bazar valyutalarından fərqli olaraq, rubl investorların riskli aktivlərdən uzaqlaşması nəticəsində yaranan kapital axınının təzyiqi altında deyil. Kapital axınına nəzarət Rusiyanı bundan qoruyub”, – mesajda deyilir.

Bundan əlavə, rublun möhkəmlənməsinə Moskva ilə Vaşinqton arasında münasibətlərin potensial yaxşılaşması da təsir edib.

Aprelin 15-də Rusiya Mərkəzi Bankı dolların rəsmi məzənnəsini 82,3 rubla qədər aşağı salıb. Avro məzənnəsi 0,48 rubl, yuan məzənnəsi isə 0,06 rubl ucuzlaşıb.

Son xəbərlər
Digər xəbərlər