Rubl 2025-ci ilin əvvəlindən bəri dollar qarşısında 13% bahalaşaraq inkişaf etməkdə olan bazarlarda ən yaxşı nəticə göstərən valyutaya çevrilib, bu barədə “Bloomberg” agentliyi yazıb. Agentlik mövcud dinamikanı ABŞ-nin yeni prezidenti Donald Tramp administrasiyasının Rusiya ilə münasibətlərdə tətbiq etdiyi siyasət dəyişikliyi ilə əlaqələndirir.
Xatırladaq ki, 2025-ci il fevralın 12-də Donald Tramp Vladimir Putinə zəng edib, bunun ardınca Moskva Birjası İndeksi 2024-cü ilin yayından bəri ən yüksək həddə çatıb və banklararası ticarətdə dollar 90.88 rubla düşüb.
Fevralın 18-də Ər-Riyadda (Səudiyyə Ərəbistanı) Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqlar baş tutub. Donald Tramp etiraf edib ki, bu görüşdən sonra o, Ukrayna ilə bağlı razılığa gəlməyə “daha inamlı” olub. Rusiya prezidenti Vladimir Putin də danışıqları yüksək qiymətləndirərək, onların effektivliyini qeyd edib.