14 C
Baku
Monday, May 6, 2024

Bloomberg: Rusiya Aİ-nin neft embarqosuna görə $22 mlrd. itirə bilər

Rusiya Avropa İttifaqının (Aİ) neft embarqosuna görə neft gəlirlərindən təxminən 22 milyard dollar itirəcək. Bununla belə, Rusiya “Drujba” neft kəməri ilə Macarıstan, Slovakiya və Çexiyaya tədarükdən əldə olunan gəlirlərdən illik 10 milyard dollar qənaət edə biləcək.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“Bloomberg”in məlumatına görə, “Drujba” neft kəmərinin şimal qolundan Polşaya və Almaniyaya boru nəqlinin dayandırılması Rusiyanın gəlirlərini 12 milyard dollar azaldacaq. Rusiya neftin dəniz yolu ilə Avropaya ixracına qoyulan qadağadan ildə təxminən 10 milyard dollar itirəcək. Asiyada neftin böyük endirimlə satılması səbəbindən Rusiya əlavə itkilərlə üzləşə bilər.

Mayın 30-da Aİ liderləri Rusiyadan neft idxalına qismən qadağa qoyulması barədə razılığa gəliblər. Embarqo boru kəmərləri ilə nəql olunan neftə aiddir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər