16 C
Baku
Friday, May 3, 2024

Bloomberg: Rusiya Hindistana maksimum miqdarda neft tədarükünü davam etdirir

Rusiya, Çindən daxil olan tələbata baxmayaraq, Hindistana maksimum miqdarda neft tədarükünü davam etdirir, fevral ayında Yeni Dehli Rusiyadan gündə təxminən 1.85 milyon barel neft idxal edib.

Bu barədə “Bloomberg” “Kpler” analitik şirkətinə istinadən məlumat yayıb.

Nəşr qeyd edib ki, Avropa İttifaqı və ABŞ sanksiyaları tətbiq olunana qədər Hindistan praktiki olaraq Rusiya neftini almırdı. “Kpler”in aparıcı analitiki Viktor Katon deyib ki, fevral ayında Rusiyanın ölkəyə idxalı potensial maksimuma yaxın artaraq gündəlik 2 milyon barrel olub.

O, əlavə edib ki, Çin koronavirusa qarşı “sıfır dözümlülük” siyasətindən imtina etdikdən sonra “Rusiya neftinin bütün ixracını sözün əsl mənasında ala bilər”. Agentlik bildirib ki, Rusiya Hindistan bazarını saxlamaq istəyir, çünki bu, daha sərfəlidir və neft satıcılarına tədarüklərə daha çox nəzarət edir.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər