7 C
Baku
Thursday, December 12, 2024

“Bloomberg”: Rusiyanın milyarderləri ilin əvvəlindən $93 mlrd. itiriblər

Fevralın 24-də Ukraynada müharibə başladığı gün, “Bloomberg”in məlumatına görə, ən zəngin ruslar ümumilikdə 46.6 milyard dollar itiriblər. Agentliyin məlumatına görə, Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsindən sonra onların sərvəti daha 47 milyard dollar azalıb.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Noyabrın əvvəlində Rusiyanın ən varlı sahibkarlarının itkiləri 83.4 milyard dollar dəyərində qiymətləndirilib. Bu məlumatlar 25 rusiyalının daxil olduğu “Bloomberg  Billionaires Index”də qeyd edilib. Keçən aya olan məlumata görə, NOVATEK və “Sibur” şirkətlərinin ortaq sahibi Gennadi Timçenko (8.35 milyard dollar) və NOVATEK-in ortaq sahibi Leonid Mixelson (8 milyard dollar) ən böyük itkilərə məruz qalıb.

Son xəbərlər
Digər xəbərlər