“Bloomberg” qeyd edir ki, Səudiyyə Ərəbistanı Asiya alıcıları üçün avqust ayında neft qiymətlərini gözlənildiyindən daha çox artırıb, bu da Ər-Riyadın OPEC+ ölkələrinin gələn ay hasilatı kəskin şəkildə artırmaq qərarından sonra bazarın sabitliyinə əmin olduğunu göstərir.
Agentlik bildirir ki, avqust ayında “Saudi Aramco”nun Asiyaya satdığı “Arab Light” bir barel üçün 1 dollar artaraq 2.20 dollar/barelə çatacaq. Treyderlər və neft emalı zavodları arasında aparılan sorğunun nəticələri göstərir ki, bazar qiymətlərin bir barel üçün cəmi 0.65 dollar artacağını gözləyir.
“JPMorgan Chase”, “Goldman Sachs” və “Bloomberg Intelligence” xəbərdarlıq edir ki, OPEC+ ölkələrinin şənbə günü avqustda neft hasilatını sutkada 548 min barel artırmaq qərarı ilin ikinci yarısında tədarük bolluğuna gətirib çıxara və qiymətlərin 60 dollardan aşağı düşməsi ilə nəticələnə bilər.