Bloomberg: Süni intellekt nəhənglərinin olmaması Çin və Hindistanın fond bazarlarını ləngidir

Çin, Hindistan və Honkonqun fond bazarları son bir ildə aparıcı şirkətlərin ümumi bazar kapitallaşmasındakı payının azaldığı yeganə iri bazarlar olub (Çin və Hindistanda bu göstərici 19%-ə düşüb). Bu barədə “Bloomberg” məlumat yayıb.

Sinqapurdakı “Saxo Markets” şirkətinin baş investisiya strateqi Çaru Çanana bildirib ki, problem bu regionlarda indeksləri öz arxasınca apara biləcək “vahid dominant süni intellekt liderinin” olmamasından qaynaqlanır. Onun sözlərinə görə, Çin və Hindistan bazarlarında kapitalın həddindən artıq parçalanmış şəkildə paylanması indekslərin artımını məhdudlaşdırır.

“Bloomberg” qeyd edir ki, süni intellekt tədarük zənciri ilə əlaqəli bir neçə böyük şirkətin dominantlıq etdiyi digər bazarlar isə kəskin yüksəliş nümayiş etdirib. Əsasən mikroçip istehsalçısı “Taiwan Semiconductor Manufacturing Company”nin hesabına yüksələn Tayvan indeksi bu il 54% artıb.

Eyni zamanda, yüksək ötürmə qabiliyyətli yaddaş (HBM) seqmentinin liderləri olan “SK Hynix” və “Samsung Electronics” tərəfindən dəstəklənən Cənubi Koreyanın KOSPI indeksi təxminən iki dəfə artıb.

Hindistanın əsas birja indeksi olan NIFTY 50 ilin əvvəlindən təxminən 8% geriləyib. Çaru Çanana bildirib ki, indeksdə əsas yeri ənənəvi xammal və maliyyə nəhəngləri, həmçinin ənənəvi İT-autsorsinq şirkətləri tutur. Hazırda isə bu sahələr “süni intellekt qarşısında həssas” hesab olunur və əvvəlki kimi indeksin əsas hərəkətverici qüvvəsi ola bilmir.

Çinin CSI 300 indeksi isə son bir ildə təxminən 5% artıb. Çanananın sözlərinə görə, bu artım ilk onluqdakı şirkətlərin payının azalmasına baxmayaraq, investor vəsaitlərinin yenidən bölüşdürülməsi hesabına baş verib. Kapital artıq təkcə ənənəvi İT nəhənglərinə deyil, həm də banklara, sığorta şirkətlərinə, yüksək dividend ödəyən dövlət şirkətlərinə və süni intellekt sənayesi üçün əlaqəli avadanlıq istehsal edən perspektivli şirkətlərə yönəlməyə başlayıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər