10 C
Baku
Thursday, December 12, 2024

Bloomberg: Tramp ABŞ-ın maliyyə nazirinin işdən çıxarılması haqda düşünür

ABŞ prezidenti Donald Trump, maliyyə naziri olan Stephen Mnuchinin işdən çıxarılması barədə düşünür. Banker.az xəbər verir ki, Bloomberg mənbələrə istinad edir. Agentliyin məlumatına görə, Trump “fond bazarında itkilər”-ə görə Mnuchinin işindən narazıdır.

Mənbələrdən birinə görə, nazirin istefasının mümkünlüyü birbaşa fond bazarındakı vəziyyətdən asılıdır. 23 dekabrda bazar günü, Mnuchin, təcili sürətdə, ABŞ-ın altı böyük bankının liderləri ilə görüş keçirib. Bunlar JPMorgan Chase, Bank of America, Goldman Sachs, Morgan Stanley, Wells Fargo və Citigroup bankları olmuşdur, CNBC dəqiqləşdirir. Görüşün sonunda bank rəhbərləri likvidlik probleminin olmadığını bildiriblər.

Posta təyin olunduqdan sonra, Trump fond birjasını prezidentliyi üçün bələdçi kimi qiymətləndirmişdi. Mnuchin isə fond bazarının sabitləşdirilməsi üzrə verdiyi ictimai vədlərini tutmayıb, Bloomberg qeyd edir. ABŞ şirkətlərinin səhmləri Milad bayramı ərəfəsində qiymətdən düşməyə hələdə davam edir, S & P 500 indeksi isə 2,7% azalaraq, son 20 ayda ən aşağı səviyyəyə çatıb.

“Ağ Evdə Mnuchinin tərəfdarı olmayan bir çox insan var. İndiyə qədər, o, Trump tərəfindən müsbət qiymətləndirmə və onun sadiq tərəfdaşı olması vasitəsi ilə qorunub”, – xəzinədarın keçmiş rəsmisi Stiven Mayrou agentliyinə bildirib. Maliyyə Nazirliyinin mətbuat katibi müraciəti Ağ Evə yönəldərək Mnuchinin istefası barədə məlumatı şərh etməyib,.

Bloomberg-in qeyd etdiyi kimi, Powell-in işindən narazılıq, Trump-ın Mnuchin haqqında düşünməsinə səbəb ola bilər. Agentliyin verdiyi məlumata görə, prezident onun məsləhətçilərindən hər hansı birinin Powell ilə birbaşa görüşə biləcəyini öyrənməyə çalışıb. Belə vəziyyət maliyyə nazirinin səlahiyyətinə zərbə vura bilər, Bloomberg yazır.

Trump dəfələrlə FRS siyasətini tənqid etmişdir. “İqtisadiyyatımızın yeganə problemi FRS-dır. Onlar bazarı hiss etmirlər, ticarət müharibələrinin, və ya dollar gücünün əhəmiyyətini anlamırlar. FRS qələbə qazana bilməyən bir golfçudur!”-Twitter-də 24 dekabrda yazıb.

Ötən həftə, FRS-i faiz dərəcəsini 2.25-2.5% səviyyəsinə qaldırıb. 2018-ci ildə bu artıq dördüncü artımdır. Trump buna qarşı çıxıb.

Son xəbərlər
Digər xəbərlər