Donald Trampın Ağ Evə qayıtmasından sonra yuanın əsas valyutalar qarşısında zəifləməsi Çin mallarının qlobal bazarda rəqabət qabiliyyətini artırır. “Bloomberg Economics” proqnozlaşdırır ki, bu amil, eləcə də Çinin özündə aşağı qiymətlər qlobal ticarətə ciddi təsir edəcək və beləliklə, Çin şirkətlərinə ABŞ-nin tarif siyasəti ilə bağlı çətinliklərdən sağ çıxmağa kömək edəcək.
İlin əvvəlindən dollar indeksi DXY təxminən 10% ucuzlaşsa da, yuan çox da geri qalmayıb. Yanvarın 20-dən etibarən Çin valyutası qlobal rəqiblərinin əksəriyyətinə qarşı (avronun özü yuana qarşı təxminən 11% bahalaşıb) ucuzlaşıb və bu, Çin mallarına əsasən qlobal bazarlarda qiymət üstünlüyü verir.
ABŞ-dan gələn ticarət maneələri Çin şirkətlərini yeni bazarlar axtarmağa sövq edir. “Bloomberg Economics” proqnozlaşdırır ki, yuanın zəifləməsi çox güman ki, dünyanı, xüsusən də Avropanı əhatə edən ucuz Çin mallarının dalğası ilə nəticələnəcək və bu, qlobal qiymətləri aşağı salmağa kömək edəcək.