Bloq yazı: Aran rayonlarında niyə turizm yox səviyyəsindədir?

0
Şirvan şəhəri, Heydər Əliyev Parkı

Turizm sahəsi ən çox dağ rayonlarında və Bakıda inkişaf edib, amma Aran rayonlarında bu çox bərbad vəziyyətdədir. Mənim yadımdadı, Bakıda olan gidlərə, turizm şirkətlərinə zaman-zaman müraciət etsəm də, onlar  Aran bölgəsinin turizm səviyyəsinin sıfır  vəziyyətində olduğu üçün, turistləri bu bölgələrə gətirməkdən imtina edirdilər.

Məsələ burasındadır ki, Aran rayonlarında turizmi inkişaf etdirmək olar. Amma bunun üçün istək və bir balaca investisiya lazımdır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Bunu misalla izah etmək daha rahatdı. Sabirabad rayonu qarpızla tanına rayondu və hər ilin avqust ayında burada Qarpız festivalı keçirilir. Bundan əlavə Zaqafkaziyanın ən iri çayları olan Kür və Araz çayları burada birləşir.

Rayonun ən qədim tarixi memarlıq abidəsi Baba Samid türbəsidir. Türbə Şıxlar kəndi ərazisində magistral yolun kənarında yerləşir. XVI əsr tarixi memarlıq abidəsi sayılır. Burada turizmi inkişaf etdirmək üçün hər bir şərait var.

Ətraflı burada: https://az.wikipedia.org/wiki/Sabirabad_rayonu

Azərbaycanda hər  bir rayonun özünün tarixi və əvəzolunmaz salnaməsi var. Amma ölkəyə turist gələndə ya paytaxta vəya bir-iki rayonda istirahət edə bilir. Halbu ki, xəritəni genişləndirmək də olar. Sadəcə bunun üçün istək və az miqdarda invistisiya lazımdır.

İqtisadçı – ekspert Rauf Qarayev