13 C
Baku
Friday, April 19, 2024

BMT 2020-ci ildə dünyada xarici investisiyaların 42% azaldığını açıqlayıb

2020-ci ildə bütün dünyada xarici investisiyaların həcmi 42% azalıb və bu il onun daha 5-10% azalması gözlənilir. Bu məlumat bazar ertəsi günü Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransı (UNCTAD) tərəfindən verilib.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Dünyaya birbaşa xarici investisiyaların 2020-ci ildə çökərək 2019-cu ildəki 1.5 trilyon dollarla müqayisədə təxminən 42% azalaraq 859 milyard dollara düşdüyü” vurğulanır. Beləliklə, keçən ilin sonunda onların həcmi 2009-cu ildəki qlobal maliyyə böhranından sonra 30%-dən çox olub və keçən əsrin 90-cı illərin səviyyəsinə uyğun gəlib.

“Qlobal birbaşa investisiya axınları 2021-ci ildə zəif olaraq qalacaq”, – deyə UNCTAD-ın İnvestisiya və Müəssisələr üzrə direktoru Ceyms Jan Cenevrədə keçirilən brifinqdə söyləyib. UNCTAD proqnozlarına görə, xarici investisiyalar daha 5-10% azalacaq. “Mənim fikrimcə, birbaşa xarici investisiyalar sahəsindəki qlobal azalma 2021-ci ildə ən aşağı səviyyəyə çatacaq, iqtisadiyyatın bərpası isə 2022-ci ildə başlayacaq”, – Jan vurğulayıb.

Avropa Birliyində birbaşa xarici investisiyalar 2020-ci ildə üçdə iki dəfə azalaraq 373 milyard dollardan 110 milyard dollara düşüb. Azalma Almaniya, Fransa, İtaliya və Avstriya da daxil olmaqla 17 AB ölkəsində qeydə alınıb. ABŞ-da bu göstərici 49% (134 milyard dollar) təşkil edib.

Eyni zamanda, Çində birbaşa investisiyalarda 4%, Hindistanda isə 3% artıb. Ümumiyyətlə, inkişaf etməkdə olan ölkələrdə azalma (mənfi 12%) sənayeləşmiş ölkələrə (mənfi 69%) nisbətən daha az olub.

Son xəbərlər
Digər xəbərlər