BMT dünya əhalisinin növbəti 60 il ərzində artmağa davam edəcəyini və 2080-ci illərin ortalarında 10.3 milyarda çatacağını proqnozlaşdırır. Bundan sonra əhalinin sayı tədricən azalmağa başlayacaq və 2100-cü ilə qədər 10.2 milyard nəfərə çatacaq. BMT hesab edir ki, Rusiya, Çin, Yaponiya və Almaniya kimi ölkələrdə əhalinin sayı yalnız azalmağa davam edəcək. Öz növbəsində ABŞ, Kanada, Avstraliya, Braziliya, Hindistan, Türkiyə, Pakistan, İran və Nigeriya kimi ölkələrdə əhalinin sayı artacaq.
Növbəti 30 il ərzində ən böyük əhali azalması Albaniya, Bosniya və Herseqovina, Litva, Puerto Riko və Moldova kimi ölkələrdə baş verə bilər. Hazırda dünya əhalisinin 10%-nin yaşadığı 48 ölkədə insanların sayı yaxın illərdə artacaq və 2025-2054-cü illər arasında pik həddə çatacaq. Bu qrupa Braziliya, İran, Türkiyə və Vyetnam kimi ölkələr daxildir.
BMT ekspertləri ayrıca vurğulayırlar ki, immiqrasiya 2054-cü ilə qədər 52 ölkədə, 2100-cü ilə qədər isə 62 ölkədə əhali artımının amillərindən biri olacaq. Əhalisinin artacağı ölkələr arasında, o cümlədən digər ölkələrdən gələn axın hesabına mütəxəssislər Avstraliya, Kanada və ABŞ-nin adını çəkirlər.