5 C
Baku
Saturday, December 14, 2024

BMT Azərbaycan və PAŞA Holding “29 İqlim Söhbəti: COP29-a gedən yol” Proqramı çərçivəsində tədbir keçirib – FOTO

®BMT-nin Azərbaycandakı nümayəndəliyi və PAŞA Holding-in birgə əməkdaşlığı ilə keçirilən “29 İqlim Söhbəti: COP29-a gedən yol”da növbəti tədbir “BMT-nin İqlim Dəyişikliyi Konfransına Ümumi Baxış: Özəl Sektor Perspektivləri” mövzusuna həsr olunub. Silsilədən dördüncü, PAŞA Holding ilə birgə ilk dəfə təşkil olunan tədbirdə PAŞA Qrup şirkətlərinin 200-dən çox əməkdaşı iştirak edib.

Tədbirdə PAŞA Holding-in Qrup üzrə Strateji İdarəetmə Departamentinin direktoru Teymur Hüseynov, COP29 Azərbaycan şirkətinin baş icraçı direktoru Elnur Soltanov və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva açılış nitqləri ilə çıxış ediblər. O cümlədən UNFCCC-nin Hökumətlərarası Dəstək və Kollektiv Proqres Departamentinin Direktoru Sesiliya Njenqa, BMT Qlobal Sazişinin Ətraf Mühit və İqlim üzrə Rəhbəri Fernando Castellanos və Sustainera Solutions şirkətinin Təsisçisi və İcraçı Direktoru İlkin Hacıyev detallı təqdimatlarla çıxış etdilər. Tədbir zamanı əməkdaşlar üçün Qarabağ Dirçəliş Fondunun hazırda icra etdiyi ekoloji layihələrə ianə etmək imkanı da yaradılıb.

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva PAŞA Holding ilə əməkdaşlığın əhəmiyyətini vurğulayaraq qeyd etdi ki, “Özəl sektor iqlimlə bağlı fəaliyyət üçün kritik iştirakçılardan biridir və biz bu mühüm prioritetdə PAŞA Holding ilə əməkdaşlıq etməkdən məmnunuq. Təkcə ölkə üçün deyil, həm də dünya üçün”.

“İqlim mövzusunun aktuallığını nəzərə alaraq, biz öz “stakeholder”lərimiz üçün həm COP29, həm də ümumilikdə iqlim çağırışları barədə məlumatlılıq səviyyəsinin artırılması imkanını yaratmaq istədik. Beləcə, BMT Azərbaycan tərəfindən “29 İqlim Söhbəti” təşəbbüsü barədə eşidən kimi bu təşəbbüsə qoşulmaq niyyətimizi bildirdik. Təşəbbüs çərçivəsində BMT tərəfindən ümumilikdə 29 tədbir keçiriləcək və bu tədbirlərdən 4-ü PAŞA Holding-in tərəfdaşlığı ilə baş tutacaq. Bu gün biz bu tədbirlərdən ilkini keçiririk. Çünki müzakirələrə məhz əməkdaşlarımızdan başlamaq istədik”, – deyə Teymur Hüseynov vurğulayıb.

“29 İqlim Söhbəti: COP29-a aparan yol” proqramı qlobal iqlim böhranı ilə mübarizə aparmaq üçün müxtəlif sektorlar arasında birgə fəaliyyət və dialoqu təşviq etmək məqsədi daşıyır. PAŞA Holding-in dəstəyi ilə təşkil olunacaq bu silsilənin növbəti tədbirlərində yerli və beynəlxalq media nümayəndələri, müştərilər, tərəfdaşlar və qeyri-hökumət təşkilatları ilə BMT-nin müxtəlif qurumlarının mövzu ilə bağlı ekspertlərinin iştirakı nəzərdə tutulub.

1 5 scaled 2 3 scaled 3 1 scaled 4 2 scaled 5 scaled 6 1 scaled

Son xəbərlər
Digər xəbərlər