8 C
Baku
Friday, December 13, 2024

BMT Azərbaycana növbəti dəfə texniki yardım göstərəcək

“Biz Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və Səhiyyə Nazirliyinə tibbi ləvazimatlar vermişik. Söhbət həm qoruyucu vasitələrdən, həm də pandemiya ilə mübarizədə nəzərdə tutulan dgər tibbi ləvazimatlardan gedir”.

Bu fikirləri BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Hazırda sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması istiqamətində Azərbaycana texniki yardımın göstərilməsi üçün İqtisadiyyat Nazirliyi və Nazirlər Kabineti ilə müzakirələr aparırıq. Bununla bağlı Azərbaycan hökuməti ilə əməkdaşlığımız davam edir”, – o bildirib.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər