BMT-nin Azərbaycanda yeni rezident əlaqələndiricisi təyin edilib.
Bu vəzifəyə şimali makedoniyalı Vladanka Andreyeva gətirilib.
O, ixtisasca həkimdir. V.Andreyeva 2017-ci ildən Kambocada Birləşmiş Millətlər Təşkilatının HİV/QİÇS üzrə Proqramının (UNAIDS) ölkə direktoru vəzifəsində çalışıb. Həmçinin UNDP (BMT İnkişaf Proqramı) və BMT-nin başqa qurumlarında işləyib.
Diplomat ingilis, serb, rus dillərini bilir.
Qeyd edək ki, hazırda BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi Qulam İsaqzaidir. O, 2016-cı ilin aprelindən bu vəzifədə işləyir. Onun səlahiyət müddəti bu ilin iyununda başa çatır.