9 C
Baku
Monday, November 18, 2024

BMT Baş katibi İrana tətbiq olunan sankiyaları aradan qaldırmağa çağırıb

BMT-nin Baş katibi Antoniu Quterriş ABŞ-ı İrana qarşı tətbiq etdiyi sankiyaları aradan qaldırmağa çağırıb.

Bu barədə İranın İRNA agentliyi xəbər verib. Baş katib İranın dünya bazarına neft çıxarmasına icazənin verilməsini də istəyib. O ABŞ və İrana müraciət edərək danışıqları bərpa etməyə çağırıb və bu prosesdə razılaşmanın faydalı olacağını bildirib.

Nəzərə çatdıraq ki, iyunun 30-da BMT Təhlükəsizlik Şurasının növbəti iclası keçiriləcək. Bu iclasda İranın “Nüvə proqramı” məsələsinə baxılacaq.

Xatırladaq ki, 2015-ci ildə İranla ABŞ arasında imzalanan razılaşma BMT tərəfindən təsdiq edilmişdi. Lakin buna baxmayaraq, ABŞ həmin dövrdə birtərəfli qaydada müqavilədən çıxaraq, sanksiyaları nəinki qüvvədə saxladı, həmçinin sanksiyalar siyahısına daxil olan İrana aid şirkət, fiziki və hüquqi şəxslərin adlarını artırdı. Müqaviləyə əsasən, İran nüvə proqramını məhdulaşdıracaq, ABŞ isə bunun müqabilində saksiyaları aradan qaldıracaqdı.

İran mətbuatı BMT Baş katibinin ABŞ-a müraciətini və məsələnin BMT Təhlükəsizlik Şurasına çıxarılmasını rəsmi Tehranın diplomatik qələbəsi kimi təqdim edir. Lakin bu qələbənin nədən ibarət olduğunu açıqlanmır. Məsələnin mahiyyəti ondan ibarətdir ki, İranın “Nüvə proqramı” məsələsi dəfələrlə BMT Təhlükəsizlik Şurasında müzakirə olunsa da, heç nə dəyişməyib. ABŞ sanksiyaların tətbiqini, İran isə uranı zənginləşdirməkdə davam edib.

Onu da qeyd etmək lazımdır ki, bu gün İranın xarici işlər nazirinin müavini, ABŞ-la danışıqlarda İran nümayəndə heyətinə rəhbərlik edən Əli Bageri Qətərin paytaxtı Doha şəhərinə gedib. Hazırda o, Dohada ABŞ nümayəndələri ilə danışıqların bərpa olunmasını müzakirə edir. Qətərə yola düşərkən Ə.Bageri jurnalistlərə bildirib ki, danışıqlar bərpa olunacaq.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər