13 C
Baku
Thursday, May 16, 2024

BMT Baş katibinin müavini Azərbaycana səfər edəcək

UNAIDS-in icraçı direktoru və Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin müavini Vinni Byanyima Azərbaycana səfər edəcək.

Vinni Byanyima martın 9-dan 11-dək Azərbaycanın paytaxtında keçiriləcək Qlobal Bakı Forumunda iştirak edəcək.

10-cu Qlobal Bakı Forumunun mövzusu “Dünya bu gün: çağırışlar və ümidlər” olacaq. Fonumda enerji təhlükəsizliyi məsələləri, Avrasiya məkanında nəqliyyat dəhlizlərinin aktuallığı, Çinin qlobal inkişafdakı rolu və s. kimi mövzular müzakirə olunacaq. Bundan başqa, tədbir çərçivəsində “Qlobal səhiyyənin yenilənmiş arxitekturasının yaradılması” mövzusuna ayrıca panel həsr olunacaq.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər