35 C
Baku
Tuesday, June 18, 2024

BMT Baş katibinin müavini Ukraynada səfərdədir

BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits Ukraynada səfərdədir.

Qriffits Ukraynada dörd gün qalacaq.

“O, hakimiyyət orqanlarının nümayəndələri, humanitar təşkilatlar və müharibədən zərər çəkmiş insanlarla görüşlər keçirəcək”, – təşkilatdan bildirilib.

Qeyd olunur ki, Baş katibin müavini Nikolayevdə BMT-nin dəstəyi ilə yaradılmış köçkünlər üçün düşərgəyə və çörək zavoduna baş çəkəcək, daha sonra Xersona gedərək burada isinmə məntəqələrinin yaradılması üzrə BMT əməkdaşlarının və yerli hakimiyyət orqanlarının fəaliyyəti ilə tanış olacaq. BMT nümayəndəsinin səfəri Kiyevdə başa çatacaq. O, paytaxtda hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də xarici diplomatlarla görüşəcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər