5 C
Baku
Saturday, December 14, 2024

BMT bir milyon ukraynalıya ərzaq yardımı etməyi planlaşdırır

Bu günə qədər BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) 700 min ukraynalıya ərzaq yardımı edib.

Bu barədə cümə günü proqramın icraçı direktoru Devid Bisli məlumat verib.

“ÜƏP bu günə qədər Ukraynada 700 min insana təcili ərzaq yardımı çatdırıb. Gələn həftənin sonuna qədər biz bu rəqəmi 1 milyona, aprelin sonuna isə təxminən 2,5 milyona çatdırmağı planlaşdırırıq”, – onun tviterdəki açıqlamasında deyilir.

Fevralın 28-də ÜƏP Ukraynada münaqişənin kəskinləşməsi səbəbindən evlərini tərk edən insanlara ərzaq yardımı göstərmək üçün əməliyyata başlayıb.

Son xəbərlər
Digər xəbərlər