BMT-də Rusiya ilə bağlı yeni qətnamə müzakirə olunacaq.
Bu barədə Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell jurnalistlərə açıqlamasında deyib.
“Mən BMT Təhlükəsizlik Şurasında və Baş Assambleyasında Rusiyaya qarşı qətnamənin, Ukraynanın suveren ölkə kimi qalması hüququ və ərazi bütövlüyü ilə bağlı qətnamənin müzakirələrində iştirak etmək üçün Nyu-Yorka uçacağam”, – Borrell deyib.