BMT, Dünya Bankı və Avropa İttifaqı azad edilmiş ərazilərin inkişaf strategiyasını hazırlayır

BMT, Dünya Bankı və Avropa İttifaqı birlikdə işğaldan azad edilmiş ərazilərin inkişaf strategiyasını hazırlayır.

Bu barədə V İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı zamanı BMT-nin İnkişaf Proqramı üzrə milli layihə koordinatoru Nazim Məmmədov bildirib.

Onun sözlərinə görə, üç bölgə seçilib – Füzuli, Cəbrayıl və Ağdam.

Nazim Məmmədov qeyd edib ki, sənəd 4 hissədən ibarətdir, onlardan biri də energetika, alternativ enerji və enerji səmərəliliyi məsələlərini əhatə edir.

“Bu kifayət qədər böyük layihə olacaq. Onu da biz noyabr ayına qədər hökümətə təqdim edəcəyik”, – Nazim Məmmədov qeyd edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər