23 C
Baku
Wednesday, June 11, 2025

BMT: “Dünya görünməmiş doğum nisbəti böhranı ilə üzləşib”

Dünya üzrə doğum tempi daha əvvəllər görünməmiş səviyyəyə düşüb, planetdə milyonlarla insan iqtisadi və sosial problemlər səbəbindən uşaq sahibi ola bilmir.

Bu barədə BMT-nin Əhali Fondunun (UNFPA) hesabatında bildirilir.

Təşkilatın mütəxəssisləri ABŞ, Hindistan, Braziliya, Cənubi Afrika, İndoneziya, Meksika, Almaniya və bir sıra digər ölkələrdə dünya əhalisinin üçdə birini təşkil edən 14 ölkədə 14 min insan arasında uşaq sahibi olmaq planları ilə bağlı araşdırma aparıblar. Araşdırma aşağı, orta və yüksəkgəlirli insanları əhatə edib. Sorğuda beş nəfərdən biri istədikləri sayda uşaq sahibi ola bilmədiyini bildirib. Respondentlər uşaq sahibi olmaqdan və ya çoxlu uşaq sahibi olmaqdan imtinanın əsas səbəbi kimi maddi çətinlikləri və yaşayışın baha olmasını göstəriblər. Digər səbəblərə qadınların eyni zamanda uşağa baxması və işləməsində yaranan çətinliklər, qeyri-effektiv demoqrafik siyasət, sağlamlıq problemləri və siyasi qeyri-sabitlik daxildir.

BMT-nin dünya əhalisinin perspektivləri ilə bağlı son hesabatında qeyd olunur ki, növbəti 90 il ərzində dünya əhalisi 3.1 milyard nəfər artacaq, ardınca isə tədricən azalacaq.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər