Dünyada təxminən 2.6 milyard insanın hələ də internetə çıxışı yoxdur.
Bu barədə BMT yanında Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) bəyanatında deyilir.
Eyni zamanda, BTİ-dən internetə qoşulmayanların sayının ildən-ilə azaldığı vurğulanıb və müqayisə üçün 2022-ci ildə bu göstəricinin 2.7 milyard olduğu vurğulanıb.
Qeyd olunub ki, hazırda dünya əhalisinin 67 faizini təmsil edən 5.4 milyard insan internetə qoşulub.
BTİ-nin məlumatına görə, internetə çıxışı olan insanların sayında ən sürətli artım aşağı gəlirli ölkələrdə müşahidə olunur. 2022-ci ildə bu tip ölkələrdə internet istifadəçilərinin sayı 17% artıb.