9 C
Baku
Thursday, December 12, 2024

BMT: Dünyada real əməkhaqqı 20 ildə ilk dəfə azalıb

BMT-nin Beynəlxalq Əmək Təşkilatının (BƏT) materialında bildirilir ki, qlobal iqtisadi artımın yavaşlaması və inflyasiyanın artması səbəbindən 2022-ci ilin birinci yarısında dünyada real əmək haqqı 0.9% azalıb. BƏT-in analitiklərinin sözlərinə görə, Ukraynadakı müharibə və enerji böhranı ilə əlaqələndirdiyi bu göstəricinin azalması son 20 ildə ilk dəfə qeydə alınır.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Təşkilatın hesabatına görə, bütün dünyada insanların alıcılıq qabiliyyətini əks etdirən real əməkhaqqı ən çox aşağı gəlirli sosial qruplarda düşüb. Bu onunla izah olunur ki, onlar maaşlarının əhəmiyyətli hissəsini böhran fonunda ən çox bahalaşan mallara xərcləyirlər.

“İnkişaf etmiş G20 ölkələrində 2022-ci ilin birinci yarısında real əmək haqqı 2.2% azalıb, inkişaf etməkdə olan G20 ölkələrində isə əksinə – 0.8% artıb”, – hesabatda deyilir.

Son xəbərlər
Digər xəbərlər