10 C
Baku
Wednesday, December 11, 2024

BMT dünyanın ən zəif inkişaf etmiş ölkələrin siyahısını dərc edib

Dünyanın ən zəif inkişaf etmiş ölkələrin siyahısına 30-dan çox Afrika ölkəsi, habelə bəzi Asiya və ada dövlətləri daxil olmuşdur. Bu barədə BMT-nin noyabrın 19-da Ticarət və İnkişaf Konfransında təqdim etdiyi hesabatda deyilir.  

Məruzənin müəllifləri bütün ölkələri üç meyar əsasında təhlil ediblər: adambaşına düşən gəlir, insan resursları və iqtisadi zəiflik.

Ümumilikdə dünyanın ən zəif inkişaf etmiş ölkələr siyahısında Anqola, Benin, Burkina-Faso, CAR, Çad, Cibuti, Eritreya, Efiopiya, Qambiya, Mali və başqaları daxil olmaqla 47 dövlət yer alıb. Siyahıya həmçinin Kiribati, Tuvalu, Vanuatu və Solomon adaları daxil edilmişdir. Asiya ölkələri sırasında Əfqanıstan, Banqladeş, Kamboca, Laos, Myanma, Nepal, Yəmən və Butan kimi ölkələrin adlarını çəkmək olar.

Qeyd olunur ki, bu hesabat əsasında BMT bu ölkələrin rəhbərlərinə vəziyyətin yaxşılaşdırılması üçün tövsiyələr hazırlayır.

Bu günə kimi dünyanın ən zəif ölkələri reytinqini Botsvana, Kabo-Verda, Ekvatorial Qvineya, Maldiv adaları və Samoa tərk edə bilmişdir.

Son xəbərlər
Digər xəbərlər